Sürətli nüfus artışı və sənayeləşmə nəticəsində yaranan çirkab sular təbiətin öhdəsindən gələ biləcəyi miqdarı aşır və nəticədə təbiətin çirklənməsinə səbəb olur. Təbiətdəki ekoloji nizama mənfi yöndə təsir göstərə biləcək bu vəziyyətin qarşısının alınması üçün çirkab sular təbiətə atılmamışdan əvvəl təmizlənməli və emal edilməlidir. Ümumilikdə çirkab suların 99% -dən çox hissəsi su, geri qalan 1%-i isə kirlədici maddələrdən ibarət olur. Bu kirlədici maddələr suda həll olmuş və ya qatı maddə halında ola bilər. Sudakı tərkibinə görə çirkab suların emal prosesi də fərqli olur. Təbii kirlədici maddələrdən ibarət olan çirkab suların emalı "Bioloji təmizləmə" prosesi vasitəsilə həyata keçirilir.
Bioloji təmizləmə çirkab suda olan həll olmuş və ya qatı maddələrin təbii bakteriyalar vasitəsilə parçalanması və çökdürülə bilən biolojik floklara mayenin içində qalan və ya qaz halında atmosferə çıxan sabit inorqanik qarışqlara çevrilməsidir. Beləliklə təbiətdəki proseslərin sürətləndirilərək daha qısa müddətdə təhlükəsiz bir şəraitdə hayata keçirilməsi təmin edilir.
Bioloji Təmizləmə Qurğularının Tətbiq Sahələri:
- Otellərdə
- İstirahət komplekslərində
- Layihələrdə (kompakt)
- Xəstəxanalarda
- Zavod və fabriklərdə
- Çirkab suların təkrar emalı sahələrində